Ça. Dek 10th, 2019

Qubaya güclü qar yağdı

Azərbaycanın şimalındakı ucqar dağ kəndlərinə ilk qar yağıb.

Turkustan.info-nun verdiyi məlumata görə, Qubanın dağlıq kəndlərinə yağan qarın hündürlüyü 5-8 santimetr olub.

Rayonun Söhüb, Rük, Buduq, Dalıqaya, Zıxır, Girdah və digər dağlıq kəndlərinə qar yağıb.

Qarın yağması təsərrüfatlara ziyan vurmasa da mal-qaranın çöldə otlamasına mane olub.  /Report/

Paylaş: