Ça. Noy 12th, 2019

Paşinyan Sorosla görüşdən imtina etdi

Davos İqtisadi Forumundan əvvəl Açıq Cəmiyyət İnstitutunun qurucusu Corc Soros Ermənistanın baş naziri Nikol Paşinyanla görüşmək istəyib.

Turkustan.info bildirir ki, Paşinyan bunu ABŞ-da erməni və amerikalı jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib. Bununla bağlı qeyd onun “Facebook” səhifəsində yerləşdirilib.

Baş nazir bildirib ki, iş cədvəli çox sıx olub, bu səbəbdən də məşhur milyarderin istəyini təmin edə bilməyib.

O, özünün “Sorosun adamı” adlandırılması ilə bağlı yayılan söz-söhbətdən xəbərdar olduğunu bildirib və bununla razılaşmayıb.

N.Paşinyan deyib ki, inqilabı xalq edib və bunu başqalarının adına yazmaq istəyənlər erməni xalqını alçaldırlar.    /Virtualaz.org/

Paylaş: