C. Noy 22nd, 2019

Şuranın dəstəyi ilə keçirilən layihəyə yekun vuruldu – FOTOLAR

“Qafqaz Araşdırmaları Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda mədəni müxtəliflik dəyərləri və onun turizmin inkişafında rolunun təbliği (Şahdağ milli etnik qrupu)” layihəsinin yekun hesabat tədbiri keçirilib.

Təşkilatdan Türküstan.info-ya verilən məlumata görə tədbir zamanı layihə çərçivəsində nəşr olunan “Mədəniyyətlərarası menecment” adlı vəsait və Quba rayonunun Xınalıq, Qrız, Buduq, Əlik, Cek və Haput kəndlərindən kənd sakinlərindən yerli xalqların mədəni dəyərlərinin öyrənilməsi məqsədilə keçirilən sorğu nəticəsi əsasında hazırlanan ingilisdilli buklet təqdim olunub.

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri dos. Q.T.Məmmədova icra olunan layihənin əhəmiyyətindən danışaraq, gəlmə turizmə verəcəyi töhvəni diqqətə çatdırıb. Həmçinin, icra prosesi zamanı Quba rayonunun kəndlərində ayrı-ayrı kənd sakinləri ilə görüşlərdə keçirilən sorğu zamanı yaşanan maraqlı məqamları, onların mətbəx, geyim və toy adət-ənənələrinə aid öyrəndiklərini iştirakçılarla bölüşüb.  Tədbir zamanı hazırlanan vəsaitin əhəmiyyəti və ingilis dilli bukletin ölkə hüdudlarından kənarda turizmin təbliğində oynayacağı rol müzakirə edilib.

Sonda iştirakçılarla xatirə fotosu çəkilib.

 

 

Paylaş: