C. Noy 22nd, 2019

Türk ordusu 2 şəhid verdi

Türkiyə Silahlı Qüvvələrinin 2 əsgəri İraqın şimalında şəhid olub.

Turkustan.info xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi informasiya yayıb.

“23 sentyabr 2019-cu ildə Türkiyə ordusunun hərbi maşın karvanının keçidi zamanı ərazidə terrorçular tərəfindən əvvəlcədən quraşdırılmış kustar üsulla düzəldilmiş partlayıcı qurğu işə düşüb. Partlayış nəticəsində 2 qəhrəman silah yoldaşımız şəhid olub”, – Türkiyə MN-dən bildirilib.  /Axar.az/

     

    Paylaş: