Ca. Noy 14th, 2019

İstedadlı gələcək və ya işıq

İncəsənət Gimnaziyasında təhsil alan Zinyət Cəfərova kiçik yaşlarından rəssamlıqla məşğul olub. Hal-hazırda 11-ci sinifdə oxuyur.

16 yaşlı istedadlı Zinyət Cəfərovanın məqsədi peşəsi üzrə özünü təstiq etmək, Azərbaycan və dünya incəsənətində uğurlara imza atıb incəsənətə olan baxışı tamamilə dəyişməkdir:

“10 yaşımdan dizaynerlik peşəsində uğurlar əldə etmişəm.Əldə edəcəyimə də əmin idim. Hal-hazırda da hədəfim incəsənət üzrə davam etmək, özümü təkmilləşdirməkdir. Gimnaziyaya daxil olana qədər ayrıca olaraq rəssamlıqla bağlı heç bir kursa, müəlliməyə müraciət etməmişəm. Hədəf və ümidlərimdən biri də odur ki, dünyada, xüsusilə də, Azərbaycanda incəsənətə baxış bucağı tamamilə dəyişsin. Əlbəttə ki,müsbət mənada.”

Zinyət Cəfərovanın əsərlərindən bir neçəsini təqdim edirik:

Paylaş: