Ca. Noy 14th, 2019

ADAU-nun rektoru magistr tələbələrlə görüşüb

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov ənənəsinə sadiq olaraq bu dərs ilinin başlanğıcında da universitetin professor-müəllim heyəti və təhsilin magistratura pilləsində təhsil alan tələbələrlə görüşüb.
İbrahim Cəfərov deyib ki, siz bizim üçün əslində kadr bazası hesab edilirsiniz. Eyni zamanda dövlət və elm üçün böyük əhəmiyyət kəsb edirsiniz. Elmin gələcəyi sizlərin əlinizdədir. Odur ki, müəllimlərinizə tələbkar olun və çox öyrənməyə çalışın. Elmi nəzəriyyənin təcrübəyə tətbiqi üçün isə hər cür şərait var və siz bu şəraitdən istənilən formada bəhrələnə bilərsiniz.
Qeyd edək ki, 2019/2020-ci tədris ili üzrə Azərbaycan Dövlət Aqrar Universitetində magistratura səviyyəsi üzrə əyani təhsil formasına 24 ixtisas üzrə 160 nəfər magistr I-ci kursa qəbul olunub. Məlumdur ki, magistr pilləsi həm də təhsildə elmi dərəcə hesab edilir. Bu pilləni bitirən tələbələr ali təhsil müəssisələrində bilik və istedadları daxilində işlə təmin belə olunur.
Görüşdə tələbələr xaricdə təhsil, iş məsələsi, dil öyrənmək, təcrübələrdə iştirak etmək və başqa suallar səsləndirib, qaldırılan məsələlərin hamısına müsbət cavablar alıblar.

Görüntünün olası içeriği: 1 kişi, oturuyor, takım elbise ve iç mekan

Görüntünün olası içeriği: 23 kişi, oturan insanlar ve iç mekan

Görüntünün olası içeriği: 28 kişi, oturan insanlar

Görüntünün olası içeriği: 17 kişi, takım elbise ve iç mekan

Paylaş: