Ç. Noy 13th, 2019

Böyük risk: ABŞ Türkiyəni itirə bilər – Rus ekspert

Amerikalılar F-35 proqramına görə Türkiyəni tamamilə itirməyi qəbul edə bilməzlər.

Turkustan.info xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert Aleksey Podberezkin deyib.

“Hazırda ABŞ Türkiyənin strateji müttəfiqi kimi görünməyə çalışır. ABŞ-Türkiyə arasında hərbi-strateji əlaqələr 40 ildir ki, müsbət istiqamətdə davam etdirilirdi”, – deyə ekspert bildirib.

O əlavə edib ki, son illərdə Vaşinqton vicdansızcasına Rəcəb Tayyib Ərdoğana təzyiq göstərməkdədir:

“ABŞ-da bəzi quruluşlar NATO daxilində ən böyük müttəfiqi itirmək riski ilə qarşı-qarşıya qaldıqlarının fərqindədirlər”.    /Axar.az/

Paylaş: