Şb. Noy 23rd, 2019

“İran nüvə silahına malik olsa, Türkiyənin də nüvə silahına yiyələnməkdən başqa alternativi qalmayacaq” – ŞƏRH

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan az qala hər il BMT Baş Assambleyasının sentyabrda açılan sessiyasında çıxış edir və hər çıxışında “Azərbaycan torpaqlarının işğal altında saxlanılması qəbuledilməzdir” fikrini səsləndirir. BMT tribunasından daha hansı ölkənin lideri bu fikri dilə gətirir?

 

Turkustan.info xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu danışıb:

“İran nüvə silahına malik olsa, Türkiyənin də nüvə silahına yiyələnməkdən başqa alternativi qalmayacaq” - ŞƏRH

“Rəcəb Tayyib Ərdoğan çıxışında başqa mövzulara da toxundu, dünyanı bürüyən ədalətsizlikdən, aclıqdan, səfalətdən danışdı, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünü nəzərdə tutaraq həmişəki kimi “dünya beşdən böyükdür” fikrini təkrarladı, İsrailin yaxın keçmişini və indiki vəziyyətini xəritədə göstərək Fələstinin işğalını sərt şəkildə tənqid etdi. Türkiyə Prezidentinin çıxışında ən yadda qalan fikirlərindən biri də bu oldu: “Nüvə silahı ya hamı üçün qadağan edilməlidir, ya da hamı üçün əlçatan olmalıdır”.

Aydındır ki, nüvə silahı hamıya qadağan edilə bilməz, ABŞ, Rusiya, Hindistan və ya Pakistan nüvə silahından imtina etməzlər, demək qalır Ərdoğanın cümləsinin ikinci hissəsi, yəni birinə nüvə silahı olarsa, başqasına niyə olmasın? Ərdoğan Türkiyənin nüvə silahına malik olması məsələsini aktuallaşdırmağa çalışır. Məsələ burasındadır ki, bir gün İran nüvə silahına malik olarsa, Türkiyənin də nüvə silahına yiyələnməkdən başqa alternativi qalmayacaq   /Cebhe.info/

Paylaş: