C. Noy 22nd, 2019

Mübariz Mənsimov “Beşiktaş”ın prezidenti ola bilər – 50 milyon ayırır

“Palmali” Şirkətlər Qrupunun sahibi, azərbaycanlı iş adamı Mübariz Mənsimov Türkiyənin “Beşiktaş” klubunun prezidenti ola bilər.
Məlumatda M.Mənsimovun “Beşiktaş” prezidentliyinə namizədliyini irəli sürəcəyi bildirilib.
Qeyd edək ki, klubun hazırkı rəhbəri Fikrət Orman dünən vəzifəsindən istefa verdiyini açıqlayıb. Onun istefasının klubun İdarə Heyətinin bugunkü növbədənkənar toplantısında qəbul ediləcəyi gözlənilir.
Məlumatda bildirilir ki, dünən M.Mənsimov məsələ ilə əlaqədar klubun sabiq rəsmiləri İhsan Kalkavan, Hakan Kalkavan və Celal Kolotla görüşüb. Görüşdə “Beşiktaş”ın problemləri müzakirə edilib. M.Mənsimov məhz bu görüşdə “qara-qartal”ın prezidenti olmaq istədiyini, klubun prezidenti olacağı təqdirdə təkcə formadakı ana reklama 50 milyon avro ayıracağını deyib. (qol.az)

Paylaş: