Bz. Noy 17th, 2019

Türkiyədə “Azərbaycan Rüzgarı” programının çəkilişləri başlanılıb – FOTO

Türkiyənin Milliyətçi Hərəkət Partisinin İstanbulda fəaliyyət göstərən  Bengü Türk Televiziyasında yayınlanan “Azərbaycan Rüzgarı” verilişinin yeni mövsüm   çəkilişləri başlanılıb.

Turkustan.info xəbər verir ki, verilişin müəllifi və aparıcısı olan telejurnalist Səidə Ömərin veridiyi məlumata görə Türkiyənin Bengü Türk kanalında  həftədə bir dəfə yayımlanması nəzərdə tutulan “Azərbaycan Rüzgarı” proqramınınəsasməqsədiAzərbaycanınmədəniyyəti, tarixişəxsiyyətləri, görkəmli simaları, coğrafiyasıilə  bağlı bilgiləri Türkiyə ictimaiyyətinə çatdırmaq və Azərbaycan mədəniyyətinin təbliğinə töhfə verməkdir.  Habelə Azərbaycanın tarixi həqiqətləri, o cümlədən Ermənistan-Azərbaycan, münaqişəsi, XX əsrin ən dəhşətli soyqırımı hadisəsi və beynəlxalq cinayət kimi təsdiq olunmuş Xocalı faciəsi,  münaqişə nəticəsində ölkəmizə vurulan zərər, işğal olunmuş ərazilərdə törədilən vandalizmin əsl mahiyyəti haqıındaTürkiyə ictimaiyyətinə məlumatlar vermək “Azərbaycan Rüzgarı” proqramının əsas hədəflərindən biridir.

Səidə Ömər onu da qeyd edib ki, “Azərbaycan Rüzgarı” proqramının yeni mövsümdə ilk qonağı böyük  öndər Mustafa Kamal Atatürkün yaxın dostu, məsləkdaşı böyük Türk sərdarı Kazım Qarabəkir Paşanın əziz qızı Timsal Qarabəkir xanım olacaq.

Verilişin mövzusu isə qədim türk torpaqları olan Naxçıvandır.

 

Paylaş: