Ç. Noy 20th, 2019

Fuad Qəhrəmanlı 10 min təzminat alacaq – Qərar

“Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı 11 iş üzrə qərarını elan edib. Bu işlər 2011-ci ilin aprel ayının 2-də keçirilmiş dinc mitinqin iştirakçılarının tutulması, sonradan cinayət məsuliyyətinə cəlb olunması ilə əlaqəlidir”. 

Bunu vəkil Əsabəli Mustafayev məlumat verib. O bildirib ki, məhkəmə qərarı ilə ərizəçilərə münasibətdə Konvensiyanın 5,6 və 11-ci maddələrinin pozuntusu tanınıb:

“Hamını kompensasiyanın məbləği maraqlandırır. Qeyd edək ki, məbləğ avro ()ilə götürlür. Bunlar aşağıdakı kimidir:

1. Arif Hacılı – mənəvi ziyana görə10 000, hüquqi yardıma görə 1500
2. Fuad Qəhrəmanlı – 10 000+1500
3.Babak Həsənov – 10 000+1500
4.Zülfüqar Eyvazov – 10 000+1500

5. Arif Alışlı – 10 000+1500
6. Məhəmməd Məcidli – 12 500+2500
7.Tural Abbaslı – 10 000
8. Elşən Həsənov – 10 000+1500
9.Rüfət Hacıbəyli – 10 000+1500
10.Sahib Kərimov – 10 000+1500
11. Ülvi Quliyev – 10 000+1500.

İlk 5 işdə ərizəçilərin nümayəndəsi mən olmuşam. Bu qərarlar münasibətilə ərizəçiləri və onların nümayəndələrini təbrik edirəm. Maneələrə baxmayaraq bu sahədə fəaliyyətim davam edib və bundan sonra da edəcək”.

Mənbə: Cebhe.info

Paylaş: