C. Dek 6th, 2019

İstanbulda zəlzələ zamanı məscidin minarəsi uçdu – VİDEO+FOTOLAR

Türkiyənin İstanbul şəhərində baş verən 5,8 bal gücündəki zəlzələ zamanı Avcılar rayonundakı bir məscidin minarəsi uçub.

Turkustan.info “Sözcü qəzeti”nə istinadən xəbər verir ki, hadisə yerinə çoxlu saydı təcili tibbi yardım briqadaları göndərilib.

Ölənlər və yaralılar barədə məlumat yoxdur.

Bu arada, zəlzələ səbəbindən İstanbulda məktəblədə dərslər dayandırılıb, şagirdlər evlərinə göndərilib.

Bundan başqa, hazırda rabitə xətlərində problemlər yaşanmaqdadır.

1
1
1
1

 

/BAKU.WS/

Paylaş: