Ca. Fev 27th, 2020

“Putin gələnədək ermənilərin bir-iki qırıcısını vuraq” – Professordan ŞOK TƏKLİF

“Azərbaycan sərhədlərini pozan erməni qırıcıları vurulmalıdır, bunun başqa yolu yoxdur. Ermənilər bu təxribatlarını Rusiya Prezidenti Vladimir Putinin bölgəyə səfəri öncəsi təşkil ediblər ki, Azərbaycan ordusu Ermənistana məxsus təyyarələri vurmağa risk etməsin. Əksinə, Azərbaycan sərhədini pozan təyyarələr vurulmalıdır ki, Putin Azərbaycanın mövqeyinin ciddiliyini anlasın”.

Bunu professor Dilavər Əzimli deyib.

Ermənistan Baş naziri Nikol Paşinyanın təxribatçı açıqlamalarına gəlincə, tarixçi-alim qeyd edib ki, İrəvandan verilən belə açıqlamaların sayı artıb:

“Digər məsələyə gəlincə, sentyabrın 25-də Xankəndində separatçıların başçısı Bako Saakyanla Fransanın Alforvil şəhərinin meri Mişel Jerşinoviç arasında “dostluq və əməkdaşlıq sazişi” imzalanıb. Bu da ermənilərin Fransa Prezidenti Emmanuel Makronun Bakıya səfəri öncəsi həyata keçirdikləri oxşar təxribatdır. Makronun ziyarəti öz yerində, ancaq Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın Azərbaycandakı səfirini XİN-ə çağırıb, ona nota verməlidir.

Putinin bölgəyə səfərindən əvvəl Ermənistan qırıcıları Dağlıq Qarabağ səmasında uçuşlar keçirir. Yəqin ki, dığalar bunun icazəsini Moskvadan alıblar. Əslində Azərbaycan tərəfi o qırıcılardan bir-ikisini vurmalıdır, artıq boğaza yığılmışıq”. (teleqraf.com)

Paylaş:

mersin escort bayan mersin escort