Ç. Noy 13th, 2019

Vəliəhd şahzadə Kaşıkçı cinayəti ilə bağlı məsuliyyəti ÜZƏRİNƏ GÖTÜRDÜ

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salman ərəb jurnalist Camal Kaşıkçı cinayəti ilə bağlı məsuliyyəti üzərinə götürüb.

Turkustan.info xəbər verir ki, vəliəhd şahzadə ABŞ-ın PBS televiziyasına açıqlamasında belə etiraf edib. Jurnalistin sözlərinə görə, Salman Kaşıkçı cinayəti ilə bağlı suala “Bütün məsuliyyəti üzərimə götürürəm. Çünki bu hadisə mənim məsuliyyətim altında baş verdi” – deyə cavab verib.

Anons videosunda jurnalist bildirib:

“Ona Kaşıkçı cinayətindəki rolunu soruşanda “bütün məsuliyyəti üzərimə götürürəm” dedi. Sizin məlumatınız olmadan necə belə cinayət törədilə bilər deyə soruşdum. Dedi ki, krallıqda 20 milyon insan, 3 milyon dövlət işçisi var”.

Qeyd edək ki, 2018-ci ildə götürülən müsahibənin hələlik anonsu yayımlanıb.

Anonsda vəliəhd şahzadənin səsinə və görüntüsünə yer verilməyib. Mətni müsahibəni götürən jurnalist səsləndirir. Müsahibənin tam versiyası oktyabrın 1-də göstəriləcək.    /Redaktor.az/

Paylaş: