Be. Okt 21st, 2019

Ərdoğan amerikalı jurnalisti yerində oturtdu: “Amerikada buna nə deyərsiniz?”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da fəaliyyətin göstərən “FOX News” kanalında Bred Bayerin suallarını cavablandırıb.

Jurnalist Ərdoğana Türkiyədə çox sayda jurnalistin həbsdə olduğu haqqında sual vermək istəyib.

Amerikalı jurnalistin həbsdə olan jurnalist sayına görə Türkiyənin lider olduğunu deməsi Ərdoğanı hiddətləndirib.

“Siz hazırda hakim kimi danışırsınız. Jurnalist kimi deyil. Bir dəfə bu nöqtədə jurnalist kimi danışın və məndən siyasətçi kimi cavab alın. Baxın, nə deyirəm. Dövlətə qarşı şevriliş cəhdi edən, İŞİD üzvü olan insan jurnalsit olduğu üçün azadlıqda qalsa, ABŞ-da buna nə deyərsiniz? Yaxşı elədi, doğru elədi, deyə bilərsinizmi?”, – Ərdoğan jurnalsiti bu sözlərlə yerində oturdub. (publika.az)

Paylaş: