Ç. Noy 13th, 2019

Azərbaycan İlahiyyat İnstitutu VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edir

27 sentyabr 2019-cu il tarixdə  VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı olub.

Sərgi-yarmarka zamanı 81 yerli və 22 ölkədən 40 xarici nəşriyyat, poliqrafiya müəssisəsi, kitab evləri və s. qurumlar öz nəşrlərini sərgiləyəcək və kitablarının satışını həyata keçirəcəklər. Eyni zamanda sərgi çərçivəsində tanınmış şair-yazıçıların, elm adamlarının iştirakı ilə çoxsaylı kitab təqdimatları, imza günləri və s. tədbirlər keçiriləcək.

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) da VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edir.Ali təhsil müəssisəsinin rektoru Ceyhun Məmmədov və tələbələr sərgini ziyarət ediblər.

Aİİ-nin əməkdaşları sərgidə ali təhsil müəssisəsinin nəşrlərini nümayiş etdirir, kitabsevərlərə və iştirakçılara İnstitut haqqında geniş məlumat verirlər.

Məlumat üçün qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında ali təhsil müəssisəsinin fəaliyyəti ilə bağlı sərgi iştirakçılarını məlumatlandırmaq məqsədilə iştirak edir.

Sərgidə Aİİ-nin fəaliyyətini əks etdirən Azərbaycan, ingilis, rus və ərəb dillərində broşür, buklet və kataloqlar, “Din araşdırmaları” jurnalı, “İlahiyyatçı” qəzeti, “İlahiyyat” jurnalı, konfrans materialları və “İlahiyyat nəşrləri” adı altında layihəyə əsasən çap olunan ali təhsil müəssisəsinin müəllimlərinin kitabları nümayiş etdirilir.

Qeyd edək ki, hazırda Aİİ-nin 3 mətbu orqanı – “İlahiyyatçı” qəzeti, “Din araşdırmaları” və “İlahiyyat” jurnalları mütəmadi olaraq dərc edilir. Ali təhsil müəssisəsi, eyni zamanda,Aİİ-nin müəllimlərinin dini ədəbiyyat sahəsində yazdığı əsərlərin nəşrini həyata keçirir.

Bakı İdman Sarayında keçirilən VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına ziyarətçi kimi qatılmaq istəyənlər üçün sərgiyə giriş sərbəstdir. Sərgi üç gün davam edəcək.

Paylaş: