C. Okt 18th, 2019

Baxçalı ilə bağlı nələr baş verir?

Bir neçə gün öncə Türkiyənin paytaxtı Ankarada xəstəxanaya yerləşdirilən MHP sədri Dövlət Baxçalı artıq evə buraxılıb.

Turkustan.info xəbər verir ki, Baxçalının öz istəyi ilə xəstəxananı tərk etdiyi bildirilib.

MHP sədrinin köməkçisi Semih Yalçın açıqlamasında Baxçalının fasilələrlə xəstəxanaya getdiyini, hazırda isə evində istirahət etdiyini vurğulayıb.

Yalçın bu ayın 30-da Baxçalının TBMM iclasında iştirak edəcəyini bildirib.   /Axar.az/

Paylaş: