Ca. Okt 24th, 2019

“Böyük İstanbul zəlzələsi” yaxınlaşır? – Rus ekspert

İstanbuldakı 5,9 ballıq zəlzələ ilə bağlı məlumatlar araşdırıldıqdan sonra “Böyük zəlzələ”nin nə zaman baş verəcəyini müəyyən etmək mümkün olacaq.

Turkustan.info  xəbər verir ki, bu sözləri rusiyalı seysmoloq Aleksey Zayvalov deyib.

“Türkiyə və Qərb mütəxəssisləri yaxın 30 il ərzində 7,5 baldan yüksək zəlzələnin olacağını bildirirlər. Üstəlik, böyük sənaye müəssisələrinin və ölkə əhalisinin təxminən 25 faizinin Mərmərə bölgəsində yerləşməsi daha böyük riskli vəziyyət yaradır. Bu səbəbdən 7 ballıq zəlzələnin faciəvi nəticələri ola bilər”, – deyə ekspert bildirib.

Zayvalov vurğulayıb ki, xoşbəxtlikdən zəlzələnin episentri Mərmərə dənizində yerləşib:

“İstanbulda güclü zəlzələlərin 50 ildən bir meydana gəlməsi ilə bağlı söylənilən fikirlərin əksəriyyəti doğru deyil. Ən modern xəbərdarlıq sistemləri belə zəlzələni sadəcə 12 saniyə əvvəl bildirir”.

Qeyd edək ki, dünən İstanbulda 5.9 bal gücündə zəlzələ baş verib. Zəlzələ təşvişə səbəb olub, sakinlər evlərini tərk etmək məcburiyyətində qalıb.

Bu şiddətli zəlzələdən əvvəl və sonra isə 3-4 bal gücündə silsilə təkanlar qeydə alınıb.    /Axar.az/

Paylaş: