Ca. Noy 21st, 2019

İmişli səmasında maraqlı görüntülər: Göy üzü anidən işıqlandı və…

İmişli rayonunda səmada yanaraq irəliləyən göy cismi müşahidə edilib.

Turkustan.info-nun məlumatına görə, hadisə rayonun səmasında gecə saat 22:00 radələrində baş verib.

Belə ki, göy üzü anidən işıqlanıb və həmin zaman sürətlə və yanaraq irəliləyən göy cismi görünüb.

Analoji hadisə Sabirabad rayonunda da müşahidə edilib. Göy üzündə mövcud olan parıltının meteoroid olduğu ehtimal edilir.    /Report/

Paylaş: