C. Dek 6th, 2019

İstanbul zəlzələsinin səsi yer altında belə qeydə alındı – Video

İstanbul ötən gün baş verən və böyük təlaşa səbəb olan zəlzələnin yer altındakı səs qeydi ortaya çıxıb.

Turkustan.info xəbər verir ki, səs qeydi bir neçə universitetin təmsil olunduğu Vaşinqtondakı Seysmologiya üzrə Birgə Tədqiqat Qurumları (IRIS) tərəfindən rəsmi saytında paylaşılıb.

5 saniyəlik səs qeydində əvvəlcə güclü bir qırılmanı göstərən gurultunun ardınca titrəmə səsi eşidilir.

Qeyd edək ki, İstanbulun Silivri bölgəsində 5,8 bal gücündə zəlzələ baş verib. AFAD zəlzələnin episentrinin 6,99 km dərinlikdə olduğunu açıqlayıb. Sarsıntı şəhərdə şiddətli şəkildə hiss edilib. Zəlzələ nəticəsində 8 nəfər yaralanıb.

/Publika.az/

Paylaş: