Ca. Noy 14th, 2019

“Lotu Quli”dən rəqiblərinə MARAQLI MESAJ – VİDEO

Azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun (“Quli”) “İnstagram” hesabında yeni video paylaşıb. 

Videoda “Quli”nin  kriminal aləmin himni hesab edilən “Dolya vorovskaya” mahnısının sədaları altında bir qadınla rəqs etdiyi əks olunur. “Quli” videonu “Mənim əzizlərim, hamınıza can sağlığı arzulayıram” qeydi ilə paylaşıb. 

“Yeni Sabah” video ilə bağlı araşdırma aparıb və bəlli olub ki, görüntülər “qanuni oğru” Nikolay Dqebuadzenin (“Nika Qaqrinski”) toyunda çəkilib. Toy ötən il Türkiyənin İstanbul şəhərində baş tutub. Toyda “Quli” ilə yanaşı başqa “qanuni oğru”lar da olub.

Rusiya KİV-i də dərhal bu barədə məlumat yayıb və xəbərdə qadının qırmızı paltarda olması xüsusi vurğulanıb. Bu da səbəbsiz deyil. Kriminal aləmdə qırmızı rəngə mənfi münasibət var. Görünür, bununla “Quli”yə irad tutulması üçün əsas vermək istəyirlər.

Hazırda Badri Koquaşvili (“Badri Kutaisi”) və Zaxari Kalaşov (“Şakro Molodoy”) kimi nüfuzlu “qanuni oğru”larla “Quli” arasında konflikt var. Adıçəkilən “oğru”lardan xüsusilə Badri Koquşavili Nadir Səlifovun statusunun əlindən alınması üçün çaba göstərir. Koquaşvili bir dəfə buna cəhd etsə də, məqsədinə çatmayıb. 

“Sxodka”da “qanuni oğru”ların əhəmiyyətli hissəsi Nadir Səlifova dəstək verib. Badri Koquaşvilinin iddiası qəbul edilməyib. Xatırladaq ki, o, Quram Çixladzenin “Quli” ilə görüşdə vurulmasını əsas gətirərək ikincinin “oğru” statusundan məhrum edilməsi məsələsini qaldırmışdı. Lakin bu həmlə onun özünün “qanuni oğru” statusunun şübhə altına alınması ilə nəticələnmişdi. Lakin Badri Koquaşvili hələ də özünə tərəfdar axtararaq “Quli”nin ali statusdan məhrum edilməsinə çalışır. Hətta bunun üçün Avropaya səfər edərək oradakı “qanuni oğru”larla danışıqlar aparır. 

Bütün bunlara rəğmən “Quli” çox arxayın görünür. Mümkündür ki, yaydığı video ilə də bunu nümayiş etdirir.

Paylaş: