Ca. Noy 14th, 2019

“Narkomaniyaya qarşı mübarizə modulu: yerli və beynəlxalq təcrübə” adlı tədbir keçirilib

“Xəzər – Gələcək naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatı” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il üçün Azərbaycan QHT-lərinin layihələrinin maliyyəşdirilməsi ilə bağlı birinci müsabiqədə iştirak edib və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin cəmiyyət üçün təhlükəsi və bu sahədə qanunvericiliyin rolu mövzusunda maarifləndirmə tədbirlərinin keçirilməsi» adlı layihəsinin qalibi olubdur.

Turkustan.info xəbər verir ki, bu layihənin icra müddətində “Nar­ko­maniyaya və narkotiklərin qanun­suz dövriyyəsinə qarşı mü­ba­rizə modulu: milli və beynəl­xalq hüquqi təc­rübə” adlı 152 səhifəlik kitab nəşr olun­ub. Kitab Azərbaycan Respublikasında narkotik maddələrin və narkomaniyanın yayılmasının millətin sağlam həyat tərzi üçün təhlükə törədilməsindən bəhs edir və bununla da bu prosesin insan hüquqlarının pozulmasına səbəb olmasından, dövlətin bu tipli cinayətlərlə apardığı mübarizədən gedir. Göstərilir ki, narkotik maddələrin qəbul edilməsi və bir qrup cinayətkar tərəfindən yayılması ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur, həyata siyasi proseslərə qarşı laqeydlik yaradır. Cəmiyyətin böhranlı dövründə narkomanlıq və narkobiznes  artır, bu isə sosial münasibətlərə mənfi təsir göstərir. Burada narkotik vasitələrinin qanunsuz dövriyəsinə qarşı mübarizəni şərtləndirən hüquqi və siyasi səbəblər, qüvvədə olan Azərbaycan Respublikasının və müxtəlif ölkələrin qanunvericiliyi,  eləcə də beynəlxalq–hüquqi sənədlər ətraflı şəkildə təhlil olunur, onların effektli olması üçün görülən tədbirlər  və mexanizmlər işıqlandırılır. Kitabın müəllifləri Rüstəm MəmmədovXətai Abbasov  Jalə Məmmədovadır.

26 sentyabr 2019-cu il tarixində Bakı Dövlət Universitetində “Xəzər – Gələcək naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatı” ictimai birliyinin Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin cəmiyyət üçün təhlükəsi və bu sahədə qanunvericiliyin rolu mövzusunda maarifləndirmə tədbiri keçirildi. Təd­bir zamanı layihə çərçivəsində nəşr olunan “Nar­ko­maniyaya və narkotiklərin qanun­suz dövriyyəsinə qarşı mü­ba­rizə modulu: milli və beynəl­xalq hüquqi təc­rübə” adlı kitab haq­qında geniş məlumat verilib. Tədbirdə layihə rəhbəri – Rüstəm Məmmədov, ekspert – Xətai Abbasov, tələbələr, müəllimlər və s. iştirak ediblər. Sonda tədbir iştirakçılarına, BDU-nun kitab­xa­na­sına yeni nəşr paylanıb və təhvil verilib.

Paylaş: