Ca. Okt 24th, 2019

“Ürəyimizi birgə qoruyaq” – Kardiologiya İnstitutu “Gənclik Mall”da aksiya keçirəcək -VİDEO

Müasir dövrümüzdə ürək-qan damar sistemi xəstəliklərinin rast gəlinmə tezliyinin artması, xüsusilə cavanlar arasında xəstəliyin geniş yayılması bütün dünya kardioloqlarının diqqət mərkəzində olan məsələlərdən biridir. Əhalini bu problemin nə dərəcədə ciddi olduğu barədə maarifləndirmək məqsədilə Ümumdünya Ürək Federasiyası 1999-cu ildən etibarən “Beynəlxalq ürək günü” adlı beynəlxalq aksiya keçirir.

Turkustan.info xəbər verir ki, bu məqsədlə Elmi Tədqiqat Kardiologiya İnstitutu 28-29 sentyabr 2019-cu il tarixdə “Gənclik” metro stansiyasının yaxınlığında yerləşən “Gənclik Mall” Ticarət Mərkəzində aksiya keçirəcək. Saat 10:00-dan etibarən başlayan aksiya saat 22:00-a qədər davam edəcək.

Aksiya iştirakçılarına ürək-damar xəstəliklərinin inkişaf təhlükəsini azaltmağa yönəlmiş tövsiyələri əks etdirən bukletlər paylanacaq. Həmçinin müraciət edənlərin arterial təzyiqi, mərkəzi aortal təzyiqi ölçüləcək. O cümlədən qanda şəkərin səviyyəsi təyin ediləcək, profilaktik məqsədli izahatlar veriləcək.

Qeyd edək ki, 27 sentyabr tarixdən etibarən telekanallarda “Beynəlxalq ürək günü” ilə əlaqədar olaraq Elmi Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşları tərəfindən hazırlanmış videorolik yayımlanır.

Paylaş: