Ca. Okt 24th, 2019

Azərbaycanda 5 nəfərin öldüyü dəhşətli qəzadan görüntülər – VİDEO

Göygöl rayonunda ağır yol qəzasında ölənlərin kimliyi məlum olub.Turkustan.info baku.ws -ə istinadən xəbər verir ki, rayonun Quşqara qəsəbəsində “VAZ-2107” markalı avotmovillə yanacaq daşıyan yük avtomobili toqquşub və 5 nəfər vəfat edib.

Nəticədə “VAZ 21 07” markalı avtomobildə olan sərnişinlər Mahmudov Zamiq Ələddin oğlu, İbrahimov Tural Mamed oğlu, İbrahimzadə Bayram Hüseyn oğlu, Hüseynov Oruc İlham oğlu və Qüdrət Atakişiyev hadisə yerində keçinib.

İlkin məlumatlara görə, qəza yüksək surət səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: