Be. Okt 14th, 2019

Qarabağda erməni əsgəri öldü

Bu gün səhər saatlarında Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazisində erməni hərbi qulluqçusu baş vermiş insidentin qurbanı olub.

Turkustan.info erməni KİV-lərə istinadən xəbər verir ki, Armen Levonyan adlı 20 yaşlı əsgər saat 6:50 radələrində atəş nəticəsində ölüb. Hadisə Qarabağın şimal ərazisində baş verib.

Baş vermiş hadisə ilə bağlı təhqiqatlara başlanılıb.  /Eurasia Diary/

Paylaş: