Ca. Okt 24th, 2019

Bakıda yanğın – 11 yaşlı qız öldü

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 30 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb.

Turkustan.info bildirir ki, Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, yanğının kəşfiyyatı zamanı 2008-ci il təvəllüdlü Ələkbərova Firuzə Qabil qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Paylaş: