C. Dek 6th, 2019

Moskva vilayətinin sakinləri “UNO”nu videoya çəkdilər

 Turkustan.info xəbər verir ki, Moskva vilayətinin Naro-Fominsk rayonundakı Selyatino şəhər dairəsinin sakinləri səmada qəribə, qara üzük şəklində nir fenomen görüblər. Əsrarəngiz fenomenin foto və videoları “VKontakte” sosial şəbəkəsində “Selyatino – Aprelevka – Kalininets – Naro-Fominsk” qrupunda yayımlanıb.

Hadisənin şahidləri bildirirlər ki, şəhərin üstündəki səmada bir quş sürüsünə bənzəyən qara bir üzük meydana gəlib. Ancaq bu versiya sonradan rədd edilib, çünki üzük uzun müddət hərəkətsiz qalıb və küləyə baxmayaraq havada asılı vəziyyətdə olub.

Bəzi versiyalara görə, bu fenomen yadplanetlilərin görünməz rejimə düşdüyü vəziyyətdə qeydə alınıb.

Bununla yanaşı, digər İnternet istifadəçiləri arasında bunun səs sürətini aşan bir hərbi təyyarənin izi olduğu və ya partlamadan qara tüstünün formalaşması barədə fikirlər də səslənib.

İnformasiya və Tətbiqi Ufologiya Akademiyasının ufoloqu Yuri Senkin bu videonun UNO-lara aid olmasını istisna edib.

Qeyd edək ki, günün istənilən vaxtı və hər hansı bir yerində görünə bilən “qara üzük”lər, bir qayda olaraq, qəflətən və birdən-birə yox olur, havada sanki əriyir. İngiltərə, Avstraliya, Qazaxıstan, Cənubi Afrikada, ABŞ-dakı Disneylend ərazisi üzərində və hətta Antarktida buzları arasında görülən sirli anomaliyanın hazırda heç bir elmi izahatı verilmir.  /konkret.az/

Paylaş: