03 İyul 2020 14:49

Ovuclarından hansı bəxtəvərliyin tələsərək süzüldüyünü hiss etdikcə dəlilik həddinə çatırsan

İtirdinsə bitdi!..

İtirmək illərdir sənə aid olandan, həyatının mənasına çevriləndən qopmaq, əbədi ayrılmaqdır. Bu, sevdiyin işin də, dostuna inamın da, qazandığın hörmətin də ola bilər, içini titrədən eşqin də…

İtirdiklərimizi yenidən qazana bilərikmi?! Bəlkə də…

Amma içimizdəki titrəyişi yaradan o ilahi ovqatı qaytarmaq mümkünmü? Bu titrəyiş bəzilərində bircə dəfə – ilk məhəbbətdə olur. Bəziləri onu ömrü boyu axtarır. Bəxti gətirənlər tapır. Hər kəsin qisməti olmur. Allahın lütfüdür o titrəyiş! O hislər haçansa gəlir və sən onu hiss etmədinsə, qorumağı bacarmadınsa, əlindən buraxdınsa, sakitcə çəkilib gedir. Və sən onu əbədi itirirsən…

İtirdiyini dərk edəndə isə gec olur.

Ovuclarından hansı bəxtəvərliyin tələsərək süzüldüyünü hiss etdikcə dəlilik həddinə çatırsan. Onu necə, hansı əziyyətlə qazandığını yada salıb yanıb-yaxılırsan.

Vaxt ötür. Yavaş-yavaş gecikdiyini anlayırsan. Ağır günlər keçirirsən.

Sevimli meyvən də sənə dadsız gəlməyə başlayır. Getdiyin məkanlarda otura bilmirsən.

Artıq o qədər maraqsız olusan ki, dostların da səndən soyuyur. Anlayırsan ki, itirdiklərinlə birgə özünü də itirirsən. Amma ağlına gətirsən də, bu fikirlə barışmırsan. Axı, biz əzilməyi özümüzə sığışdırmırıq. Qürurumuz imkan vermir. Bunu boynumuza almaq bizə ağır gəlir. Bəzən gülüb keçirik. Amma sonra o gülüş təkcə dodaqlarda qalır. Gözlərin səni ələ verir. Hər gecə oturub güzgü qarşısında danlayırsan gözlərini – qəlbim, beynim anladı, sən də alış, unut, sil, deyirsən.

Belə məqamlarda insan yaddaşını itirməyi arzulayır. Allaha da yalvarır. Onun gedişini unutmağı, yalnız xoş xatirələrin qalmasını istəyirsən. Axı, onun ürəyi pambıq kimi idi. Mən daşa döndərdim o qəlbi, bütün zəncirləri qırdım deyib özünü günahlandırırsan. Ona onunla birgə xoşbəxt olduğunu, həyatının mənası, yaşamağın ləzzəti, dadı olduğunu demək istəyirsən. Etiraf həmişə çətin olur. Amma əziz adamını itirərkən kədəri büruzə verməkdə səhv bir şey varmı?

“Niyə axı?”, “Nə səbəbə?” – suallarına cavab tapa bilmirsən. Bəzən hirsin, bəzən nifrətin, bəzən də səhvini etiraf etmək istəyin rahat buraxmır səni… Düşünürsən ki, zamanla öyrəşərsən, alışarsan hər şeyə. Zamana buraxdığın da zamanla səni buraxır. Artıq yadlaşırsan, adiləşirsən, təkliyə alışırsan. Sənə dəyər verən hər kəsin bir gün səni tərk edə biləcəyinə sakit baxırsan. Dərs alırsan həyatdan!

İndən sonra bir kimsəyə görə İTİRMƏK QORXUSU yaşamayacağına qərar verirsən!.. Əgər onu bir dəfəlik itirdinsə, axtarma – qərarını verirsən. Çünki gedənin bir səbəbi var. Bəs, sənin nəyin var onu qaytaracaq? Sözlər əməllərdən hər zaman qəddar olub. Əməli əməllə düzəltmək olur. Amma söz incitdisə, sındırdısa, geri dönən bütün yollar bağlanır.

İtirdiyini yenidən axtarma… Çünki o, susaraq getmədi, o, son gedişəcən bəlkə də, yüz kərə getdi, ürəyində yüzlərlə yol qət etdi, yavaş-yavaş, misqal-misqal uzaqlaşdı, artıq o gedişdən geriyə yol qalmadı. Onun susqunluğundan, uzaqlığından anla ki, itirdiyini yenidən axtarmağa dəyməz!

O dönməyəcək, dözəcək, amma geri qayıtmayacaq! Bu da keçəcək onun üçün. Çünki bu dərsi ona həyat verib. Bilir ki, zamanla bütün yaralar qaysaqlana, göz yaşları quruya bilir. O, getməkdən qorxmadı. Sən də itirməkdən qorxma!

İtirdiyini yenidən axtarma, ADAM!

Günel YAZ

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin