C. Dek 6th, 2019

Türkiyəyə qarşı müharibə üçün bunu da etdilər – ŞOK İDDİA

ABŞ tərəfindən dəstəklənən “Suriya Demokratik Gücləri” (əsas hissəsini PKK/PYD terror təşkilatının üzvləri təşkil edir –red.) Suriyanın şimalında Haseke əyalətinin qəsəbələrində reydlərin gedişatında 300 dinc sakini oğurlayıblar.

Turkustan.info “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Suriyanın SANA milli agentliyi bildirib.

Agentliyin məlumatına görə, kürd qruplaşmasının döyüşçüləri hərbi xidmətə məcburiyyət üçün 300 kişini oğurlayıblar.

Qeyd edək ki, Haseke vilayəti Türkiyə sərhədində yerləşir. Ankara burada PKK/PYD terror təşkilatına qarşı əməliyyat keçirməyi planlaşdırır. Bildirilir ki, terror təşkilatının döyüşçülərin sayını artırmaq cəhdləri də Türkiyə ordusuna müqavimətə hazırlıq məqsədi daşıyır.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təhlükəsiz zonanın yaradılması üçün ABŞ-a sentyabrın sonuna kimi vaxt verib.  /Publika.az/

Paylaş: