Ca. Noy 14th, 2019

Bu tələbələrin pulu özlərinə qaytarılacaq – ŞAD XƏBƏR

Bundan əvvəl Dövlət İmtahan Mərkəzi 2019-2020-ci tədris ili üçün dövlət sifarişli yerlərin sayının 20 min 500-ə qədər artırılması haqqında qərar qəbul etmişdi. Amma bu il yeni sistemlə qəbul həyata keçirildiyi üçün bir çox abituriyent ixtisas seçimi zamanı yüksək balla ödənişli əsasla qəbul olunurdu. Yəni müsabiqənin nəticələrinə əsasən müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş qalırdı.
Bu sözləri təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, Dövlət İmtahan Mərkəzi topladığı bala görə ödənişsiz oxumaq hüququ əldə edə bilən, amma ödənişliyə qəbul olan 1298 tələbəyə ödənişsiz təhsil almaq hüququ verib:
“Ödənişli qəbul olan 1298 tələbə bundan sonra dövlət sifarişli, pulsuz təhsil alacaq və ödədiyi ödəniş geri qaytarılacaq. Ölkə Prezidentinin qərarı ilə 2013-cü ildə təhsilin inkişafı ilə bağlı strateji sənəd hazırlanıb. Əsas istiqamət təhsilin əhatə dairəsinin genişlənməsi idi. Amma baha təhsil haqları ilə əlçatımlılığın təminatı mümkünsüz idi. Prezidentin fevralın 14-də imzaladığı sərəncama görə, 2019-2020-ci il qəbul ilində rəqəm 31 faizdən 45 faizə çatdırıldı. Yəni keçən il 12 min tələbə pulsuz təhsil alırdısa, bu il 21 min, 45 faiz olacaq. Gələn il 50 faizə çatacaq”.
Qeyd edək ki, ödənişli əsaslarla qəbul olunmuş və əlavə müsabiqə nəticəsində dövlət sifarişi əsasında təhsil almaq hüququ qazanmış abituriyentlərin saylarının ali təhsil müəssisələri üzrə paylanması barədə siyahı ilə bu linkdən tanış olmaq olar.(axar.az)

Paylaş: