Be. Okt 14th, 2019

“Gəncə məhbusu”nun ölümü ilə bağlı – Rəsmi açıqlama

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti “Gəncə hadisələri”nə görə həbs edilən Eşqin Quliyevin ölümü ilə bağlı açıqlama verib.
Turkustan.info xəbər verir ki, PX-nın mətbuat katibi Mehman Sadıqov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Quliyev Eşqin Zahid oğlu Müalicə Müəssisəsinə qəbul edilərkən onda bir sıra xəstəliklər müəyyən edilib: “Bir müddətdir ki, bu xəstəliklərdən müalicə alırdı. Sentyabrın 29-da isə uzun müddətli intensiv müalicələrə baxmayaraq vəfat edib. Onun ölüm səbəbi kimi İİV infeksiyası 4-cü klinik mərhələ, viruslu Hepatit C, anemiya, dərin koma fonunda ağciyər-ürək çatışmazlığı diaqozu qoyulub”.
Qeyd edək ki, E.Quliyev Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Paylaş: