Ca. Okt 24th, 2019

Kardiologiya İnstitutundan 3 günlük aksiya: “Ürəklərimizi birgə qoruyaq” – FOTOLAR+VİDEO

Hər il 29 sentyabr  tarixi “Beynəlxalq Ürək günü” kimi qeyd edilir. Bu gün 1999-cu ildən etibarən  Ümumdünya Ürək Federasiyasının təşəbbüsü ilə ictimaiyyətin ürək-damar xəstəliklərinin təhlükə yaratması barədə məlumatlarının artırılması məqsədi ilə keçirilir. Akad.C.Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutu da respublikamızın aparıcı müəssisəsi kimi  bu günü qeyd edir. Bu məqsədlə Kardiologiya İnstitutu 28-30 sentyabr 2019-cu il tarixdə Bakı şəhər ictimaiyyətinin  və əhalisinin geniş hərəkət mərkəzlərindən olan “Gənclik Mall” ticarət mərkəzində “Ürəklərimizi birgə qoruyaq” adlı aksiya keçirir.

İnsanların tibbi anlayışının artırılması və maarifləndirilməsi məqsədi ilə burada institutun əməkdaşları ürək-damar xəstəliklərinin artmasına səbəb olan risk amillərinin azaldılmasına yönəldilən ilkin profilaktik müayinələrin aparılması üçün tələb olunan göstəricilər haqqında məlumat vermişdir. Eyni zamanda ürək-damar xəstəliklərinin profilaktikasına dair tövsiyyələr qeyd olunmuş bukletlər paylanılmış, müraciət edənlərin arterial qan təzyiqi, mərkəzi aortal təzyiqi ölçülmüş, qanda şəkərin və xolesterinin səviyyəsi ekspress üsulla təyin edilmişdir. Problemi olan şəxslərə həkimlər tərəfindən müvafiq məsləhətlər verilmişdir. 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Kardiologiya institutunun rəhbərliyi və kollektivi tərəfindən həyata keçirilən “Ürəklərimizi birgə qoruyaq” adlı aksiyanın geniş şəkildə təşkil olunması ictimaiyyət tərəfindən maraqla qarşılanmış və tədbirin coxsaylı iştirakçıları olmuşdur. 

Paylaş: