C. Okt 18th, 2019

Neft qiymətləri fantastik səviyyədə qalxacaq – PROQNOZ

Səudiyyə Ərəbistanı şahzadəsi Məhmməd Ben Salman ölkəsinin neft emalı zavodlarına pilotsuz təyyarə ilə gerçəkləşən hücumları “axmaqlıq” adlandırıb.

Turkustan.info Rusiya KİV-nə istinadən xəbər verir ki, şahzadə hücum üçün heç bir strateji ehtiyacın olmadığını xatırladıb.

“Ancaq tam axmaq adam dünya bazarını neftlə təmin edən obyektə hücum edə bilərdi. Hücum edənlərin yeganə hədəfi axmaq olduqlarını sübut etmək idi”.

Onun fikrincə, dünya İranın qarşısını almalıdır.

“Əgər bu baş verməsə, dünya bazarına neft satmaq çətinləşəcək. Qiymətlər isə fantastik səviyyəyə qalxacaq”- deyə Ben Salman deyib.  /Modern.az/

Paylaş: