C. Dek 6th, 2019

Savaş Ərəbistana keçdi: 2000 girov, 200 ölü, 3 alay… – VİDEO

Yəməndəki husi qiyamçıları Səudiyyə Ərəbistanının ərazisində keçirdiyi əməliyyatlarda yüzlərlə Səudiyyə əsgəri də daxil olmaqla, minlərlə koalisiya əsgərini girov götürdüklərini iddia etmişdilər.

Turkustan.info xəbər verir ki, husilərə məxsus “Almasirah” televiziya kanalı koalisiya əsgərlərinin və əməliyyatların görüntülərini yayıb.

Husilərin hərbi sözçüsü Yahya Sarya təşkil etdiyi mətbuat konfransında Səudiyyə Ərəbistanının cənub sərhəddində yerləşən Nəcran şəhərində keçirdiyi genişmiqyaslı hərbi əməliyyatda iki mindən çox koalisiya əsgərini əsir götürdüklərini, 200-dən çox əsgəri öldürdüklərini iddia etmişdi. Sarya ərəb koalisiyasının üç alayının darmadağın edildiyini və yüzlərlə zirehli texnikanın ələ keçirildiyini söyləyib.

Səudiyyə Ərəbistanı hakimiyyəti isə iddia və görüntülərlə bağlı hələlik rəsmi şərh verməyib.

Xatırladaq ki, sentyabrın 14-də Səudiyyə Ərəbistanının milli neft şirkəti olan “Saudi Aramko”nun obyektləri silahlı pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Hücuma görə məsuliyyəti husilər üzərinə götürüblər.

/Publika.az/

Paylaş: