Ca. Okt 24th, 2019

Maral Tahirqızı “ÖLDÜ” və “DİRİLDİ” – “Dəhşətli qəzadan SAĞ çıxmışam” – AÇIQLAMA YAYDI

Müğənni Maral Tahirqızının ölümü barədə yayılan xəbərlər həqiqəti əks etdirmir.

Turkustan.info xəbər verir ki, bu barədə müğənninin özü Redaktor.az-a açıqlamasında bildirib. Sənətçinin sözlərinə görə, əslində onun avtomobili yoxdur.

“Ola bilər ki, çoxdandır efirə çıxmıram. Ona görə belə iddialar yayılır. Bu gün səhər qəzaya düşməyimlə bağlı yayılan məlumatlar yalandır. Düzdür, qəzaya düşmüşdüm. Amma bu ötən il baş verib. Allaha şükür olsun ki, həmin dəhşətli qəzadan sağ çıxmışam. Hazırda vəziyyətim yaxşıdır”.

Qeyd edək ki, mətbuatda Maral Tahirqızının səhər saatlarında qəzaya düşdüyü və həyatını itirdiyi barədə məlumatlar yayılıb.

***

Müğənni Maral Tahirqızı (Gülməmmədova Maral Tahir qızı) vəfat edib.

Bu barədə onun yaxınları məlumat veriblər.

Məlumata görə, M.Tahirqızı bu gün səhər saatlarında yol qəzasında dünyasını dəyişib.

Qeyd edək ki, Maral Tahir qızı 2015-ci ildə barəsində Xətai Rayon Polis İdarəsinin (RPİ) istintaq şöbəsində əvvəlcə Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə cinayət işi başlanılıb. Daha sonra müğənni barəsində başlanan cinayət işi 15 noyabr 2014-cü il tarixdə Cinayət Məcəlləsinin 244.2.1-ci (eyni əməllər təkrar törədildikdə) maddəsinə tövsif edilib. Onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Xətai Rayon Məhkəməsinin hökmü ilə M.Tahirqızı 3 il müddətinə azadlıqdan məhrum edilib. O, 2017-ci ilin oktyabrında azadlığa çıxıb.   (big.az)

Paylaş: