Ca. Okt 24th, 2019

Paşinyan Qarabağa görə Ruhaniyə təşəkkür etdi

Yerevanda Ermənistan baş naziri Nikol Paşinyanla İran lideri Həsən Ruahni arasında görüş keçirilib.

Turkustan.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, tərəflər ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər.

Həsən Ruhani ölkəsinin Yerevana qaz tədarükünü artırmağa hazır olduğunu da vurğulayıb. Bunun qarşılığında İran elektrik enerjisi almağı düşünür.

Tərəflər bir sıra dondurulmuş layihələrin bərpasını müzakirə ediblər.

Sonda Nikol Paşinyan İran liderinə Qarabağ münaqişəsi ilə bağlı ölkəsinin tutduğu “tarazlaşdırılmış” siyasətə görə minnətdarlıq edib.    /Modern.az/

Paylaş: