29 Noyabr 2020 20:34

YAP Nəsimi rayon təşkilatı Ahıllar günü münasibəti ilə xeyriyyə aksiyası keçirib

Azərbaycan xalqının mədəniyyətində və milli dəyərlərində böyüklərə hörmət, xüsusilə ağsaqqallara və ağbirçəklərə diqqət, qayğı və sevgi ən əsas dəyər kimi təbliğ edilir. Böyüklərə hörmət insan əxlaqının və tərbiyəsinin ana xəttini təşkil edir. Bu dəyərlərin qorunması və gələcək nəsillərə çatdırılması ilə bağlı Heydər Əliyev Fondu çox böyük və misilsiz işlər görür. Dünyada bu dəyərlərin təbliği məqsədilə BMT hər il 1 oktyabr tarixini Beynəlxalq Ahılların hüquqlarının müdafiəsi günü kimi qeyd edir. Yeni Azərbaycan Partiyası da bu ənənələrə sadiq qalaraq hər il bu gün münasibəti ilə ümumrespublika tədbirləri həyata keçirir.Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı bu münasibətlə bu gün rayon ərazisində yaşayan qayğıya ehtiyacı olan ahıllara baş çəkmiş, onları ehtiyacları olan zəruri ərzaqla təmin etmişdir.

 

Paylaş: