C. Dek 6th, 2019

Allahla son müharibə: Yüz milyonlar öləcək, 3 milyarda yaxın insan isə… – XƏBƏRDARLIQ

Kəşmir məsələsinə görə Hindistan və Pakistan arasındakı gərginlik nüvə müharibəsinə səbəb ola bilər. 

Turkustan.info xəbər verir ki, bu xəbərdarlıqla Kəşmirin  Pakistana aid hissəsinin rəhbəri Məsud Xan çıxış edib.

O bildirib ki, Pakistan müharibəyə başlamaq istəmir, ancaq realist ssenarini dünyanın diqqətinə çatdırmaq istəyir ki, dünya birliyi Hindistanı qanunsuz əməllərindən çəkindirsin.

Məsud Xanın sözlərinə görə, başqa ölkələr müharibəyə birbaşa cəlb olunmasalar da, nüvə müharibəsi armaqeddon (Armaqeddon müharibəsi dedikdə hökumətlərlə Allah arasındakı sonuncu müharibə nəzərdə tutulur- red.) ola bilər.

Onun sözlərinə görə, bu baş verərsə, Cənubi Asiyada yüz milyonlarla insan öləcək, radiasiya isə 2,5 milyard insana təsir göstərəcək.

Xatırladaq ki, Pakistanın Baş naziri İmran Xan da çıxışlarından birində nüvə  müharibəsini istisna etməmişdi.   /Cebhe.info/

Paylaş: