Ca. Noy 14th, 2019

AzTU-da Elmi Şuranın iclası keçirilib – FOTOLAR

Oktyabrın 2-də Azərbaycan Texniki  Universiteti (AzTU) Elmi Şurasının 2019-2020-ci tədris ilində ilk iclası keçirilib. AzTU-nun yeni rektoru, professor Vilayət Vəliyevin iştirakı ilə keçirilən ilk iclas olduğu üçün Elmi Şuranın bu toplantısı xüsusi önəm kəsb edirdi.

Turkustan.info xəbər verir ki, AzTU-nun İctimaiyyətlə əlaqələr şöbəsi xəbər verir ki, rektor iclasda universitetidə təhsilin keyfiyyətinin yüksəldilməsi, elmi araşdırmaların effektivliyi,  ali təhsil ocağının gələcək inkişaf istiqamətləri və imicinin artırılması ilə  bağlı vacib təkliflərlə çıxış  edib.

İclasda  universitetin Tədris işləri üzrə prorektoru Xalıq Yahudovun “Yay imtahan sessiyasının nəticələri və 2019-cu ildə AzTU-ya tələbə qəbulunun yekunları”, Elm və texnika üzrə prorektor İlham Pirməmmədovun “Magistraturada ixtisaslaşmaların sayının azaldılması, qəbul planının optimallaşdırılması” mövzularında məruzələri dinlənilib və müzakirə edilib. Tərbiyə işləri üzrə prorektor İsa Xəlilov çıxışında universitetdə aparılacaq elmi-tədqiqat işlərinin istiqamətlərini açıqlayıb. Daha effektiv və nəticəli olması  üçün altı istiqamət optımal sayılıb.

Daha sonra rektor tələbələrin akademik borcları və onların ləğv edilməsinin vəziyyəti, “Elektron universitet” sisteminin tətbiqinin vəziyyəti, elmi-tədqiqat laboratoriyalarının fəaliyyətinin yenidən təşkili, magistratura və doktorantura təhsil səviyyəsində tədrisin təşkili və təkmilləşdirilməsi, xarici tələbələrlə işin yenidən təşkili və digər məsələlər haqqında görüləcək işlərdən danışıb.

Professor V.Vəliyev AzTU-nun reytinqinin artırılması ilə bağlı görüləcək işlər, universitetin yeni inkişaf konsepsiyasının hazırlanması barədə də məlumat verib.

İclasda təklif edilən bütün məsələlər, layihələr və bir sıra təşəbbüslər  müzakirə edilərək bəyənilib,  Elmi Şura tərəfindən müəyyən qərarlar qəbul edilib, layihələrin reallaşdırılıması üçün  müvafiq komissiyaların yaradılması dəstəklənib.

Bundan başqa, Elmi Şuranın müzakirəsinə AzTU fakültələrinin yenidən təşkili haqqında layihə də çıxarılıb. Müzakirələrdən sonra şura üzvləri  fakültələrin yenidən  və optimal təşkilinə dair təklifi bəyəniblər.

Yeni dekan seçkiləri, fakültə rəhbərləri ilə bağlı tələb və gözləntilərini səsləndirən rektor Elmi Şurada AzTU-nun brend adı və loqotipi barədə də danışıb. Təklif edilib ki, yeni loqotiplə bağlı universitetin yaradıcı tələbələri arasında müsabiqə keşirilsin.

1

1

1

1

1

1

1

Paylaş: