Be. Okt 21st, 2019

Ermənistanla Rusiya arasında nə baş verir? – Putinə Yerevanda hörmətsizlik – VİDEO

Rusiya prezidenti Vladimir Putin 3 il aradan sonra Ermənistana səfər edib. 

Turkustan.info “Haber Global”a istinadən xəbər verir ki, iki ölkə arasındakı problemlər həm kameralarda, həm də mətbuat konfransındakı suallarda özünü əks etdirib.

Putinin Ermənistana zirvə görüşündən bir neçə dəqiqə öncə gəlməsi və ziyarətini çox qısa zamanda bitirməsi diqqəti cəlb edib. Ziyarətdə Rusiya ilə Ermənistan arasındakı gərginlik aydın görünüb. Putinin məsafəli şəkildə Paşinyana yanaşdığı diqqətlərdən qaçmayıb.

Xəbərdə bildirilib ki, Paşinyanın Putini təyarəyə qədər yola salması və onunla səmimi görüşməsinə baxmayaraq Rusiya prezidentinin soyuq hərəkətləri kameralardan yayınmayıb.

Putin səfər öncəsi keçmiş prezident Robert Koçaryanın sərbəst buraxılmasını istəsə də, bu yerinə yetiriliməyib. Rusiya prezidenti isə Koçaryanın həyat yoldaşı ilə Rusiya səfirliyində görüşüb.

İki ölkə arasındakı digər bir problem isə, maye qazla bağlıdır. Belə ki, Rusiya ötən il Ermənistana satdığı qazın qiymətini qaldırıb. Erməni mətbuatı qazın qiymətinin 30% artırılacağını yazır.

Qeyd edək ki, Putin üçün bu ziyarətin gərgin keçməsinin digər bir səbəbi isə gürcü jurnalistin “Osetiya və Abxaziyadan nə vaxt çıxacaqsınız?” sualı olub.

 

/Yenisabah/

Paylaş: