Ç. Noy 20th, 2019

Kütləvi insan ölümünə səbəb olduğu üçün qadağan edilmiş ən təhlükəli musiqi aləti… – VİDEO

Benjamin Franklin 1761-ci ildə Londonda bir konsertə qatılır və səhnədə ifa edilən musiqi alətinin sehrinə düşür. 

Şüşələrdən ibarət olan və bütün konsert salonunu öz təsiri altına salan bu musiqi alətindən təsirlənən Benjamin Franklin daha sonra “Qlas Armonika” adını verdiyi musiqi alətini ixtira edib. İtalyan dilində  “armonika” iki və ya daha çox səsin eyni anda qulağa xoş gələcək biçimdə uyumunu ifadə etmək üçün işlədilir. 

Benjamin Franklin 1761 yılında Londra'da bir konsere katılır ve çalan müzik aletin sesiyle adeta büyülenir.

Lakin bir müddət sonra bu musiqi alətinin ətrafında söz-söhbətlər yaranmağa başladı. İnsanlar musiqi alətinin təsiri ilə bir neçə nəfərin öldüyünü söyləyirdilər. Armonika barəsində yaranan bu söz-söhbətlər ölkə rəhbərliyini də narahat etməyə başladı və bir müddət sonra musiqi aləti qadağan olundu. 

Musiqi alətinin qadağan olunmasına əsas səbəb kimi alətdən çıxan səsin insan beyni və qulaqları ilə açıqlana bilməyən bir harmoniya təşkil etməsi oldu. Qlas Armonikadan çıxan səs 1000-4000 hertz aralığındadır. 4000 hertz altındakı səslər insanda istiqaməti müəyyənləşdirmə bacarığını sıfıra endirir və eşitmə probleminə yol açır. 

Ancak, parmaklar ıslatılarak veya nemlendirilerek çalınan bu alet insanları öldürmeye başladı!

Franklinin həyat yoldaşı bu musiqi alətinin səsini o qədər sevib ki, onun səsini “mələklərin səsi” olaraq adlandırıb. 

İllər əvvəl anatomiya üzrə mütəxəssislər eşitmə sinirləri üzərində araşdırma aparıblar, bu musiqi alətini  həddindən çox dinləyənlərdə sinir problemlərinin yarandığını bildiriblər. Armonika başağrısı, ürəkgetmə və digər problemlərə səbəb olurmuş.

Bundan əlavə Motsart, Bax, Bethoven, Donizetti, Ştraus və bir çox məşhur bəstəkarlar sırf bu musiqi alətində ifa olunması üçün musiqilər bəstələyib. 

Hətta Bethovenin ölüm səbəbi kimi bu musiqi alətinin adını hallandıran araşdırmaçılar da var. Deyilənlərə görə, Bethoven bu musiqi aləti üçün şüşə üzərindəki notlar boyanarkən istifadə olunan boyadan zəhərləndiyi üçün ölüb. 

Beethoven'ın ölüm nedeni ile ilgili görsel sonucu

Tənqidçilər bu aləti ifa edən insanlarda baş dönməsi, halisünasiya, iflic kimi problemlərin meydana gəldiyini bildiriblər. 

1799-cu ildə həkim Antoni Villeç Armonikanın çıxardığı səsin sinir siteminə olduqca mənfi təsir göstərdiyini və qadağan olunmasının çox yaxşı bir hal olduğunu söyləyib. 

Armonika virtuozu Marianne Kigesnanın da ölümünə səbəb kimi bu musiqi alətini göstərən insanlar var. Dövrün bir çox psixoloqu Armonikanın səsinin bir çox insanı intihara apardığını söyləyiblər.

Maraqlananlar üçün bas klarnet və armonikanın müşayiətində dahi bəstəkar Çaykovskinin “Dance of the sugarplum fairy” əsərini təqdim edirik…  (musavat.com)

Paylaş: