Ca. Noy 14th, 2019

ADAU-nun Mühəndislik korpusunda müəllim günü qeyd edilib

Azərbaycan Dövlət Aqrar Universitetinin Mühəndislik korpusunda  Beynəlxalq Müəllimlər günü münasibətilə tədbir keçirilib.

Təhsil müəssisəsinin tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova tədbiri açaraq qeyd edib ki, bu gün 03.10.2019-cu il,  Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlməsindən 26 il ötür. Daha sonra qeyd edib ki, Ulu Öndər müəllim əməyini yüksək qiymətləndirmiş, müəllim haqqında xoş sözlər söyləmişdir. O, öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı. Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşmış, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması qayğısına qalmışdır. Ulu öndər deyib: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq”.

A.Qasımova  onu da bildirib ki, müəllimlik dünyada ən çətin, eyni zamanda şərəfli və ən ğözəl peşədir. Bu gün məktəblərimizdə ali təhsil müəssisələrində bu qiymətə layiq olan, öz sənətini ürəkdən sevən, yüksək peşəkarlığı ilə fərqlənən, cəmiyyətin onların qarşısında qoyduğu vəzifəni – hərtərəfli biliyə, onları tətbiq edə bilmək qabiliyyətinə, yüksək əxlaqi keyfiyyətlərə malik nəsil tərbiyələndirmək vəzifəsini şərəflə yerinə yetirən müəllimlər çoxdur.

Tədbirin sonunda iştirakçılara musiqli ədəbi-bədii kompozisiya təqdim olunub, xatirə şəkili çəkdirilib.

Paylaş: