Ca. Okt 24th, 2019

Bakıda çoxmərtəbəli bina yanır

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Nizami rayonu C.Naxçıvanski küçəsində çoxmərtəbəli binada yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.   /Cebhe.info/

Paylaş: