31 Oktyabr 2020 08:30

Moskva-Yerevan və Bakı-Soçi gedişlərinin aydınlaşdırdığı iki məram

“Putin Ermənistanı Qərbə “yem” etməyəcəyini göstərməklə yanaşı, Azərbaycanla balans saxladığını da nümayiş etdirdi”

Oktyabrın 1-də Rusiya Prezidenti Vladimir Putinin Ermənistana səfərinin ardınca, Azərbaycan Respublikasının Prezidenti İlahm Əliyev Rusiyaya səfərə yollandı. Soçi Beynəlxalq aeoroportunda dövlət başçısını Krasnodar vilayətinin qubernator müavini, Soçi şəhərinin meri və digər rəsmi şəxslər qarşıladılar. Daha sonra Əliyevlə Putin arasında görüş oldu.

Putinin Yerevana səfəri ilə Əliyevin Soçiyə səfəri arasında hansısa əlaqə axtarmaq olarmı? Ən əsası, Qarabağ müzakirəsi bu görüşlərdə özünə yer tapırmı?

Mövzunu AYNA-ya şərh edən politoloq Tofiq Abbasovun sözlərinə görə, Putinin Yerevana səfəri texniki zəmində müəyyən edilmişdi: “Bu görüşdə Ermənistan, sadəcə ev sahibi funksiyasını yerinə yetirirdi. Çünki Rusiya rəhbərliyi özü də yaxşı başa düşürdü ki, Ermənistanda anti-Rusiya meylləri artmaqda davam edir. Bu baxımdan Putinin Ermənistana baş tutan səfəri heç bir müsbət nəticə verə bilməz”.

Politoloq bildirib ki, İlham Əliyevin Rusiya səfəri isə daha miqyaslı hadisədir: “Azərbaycan Prezidenti “Valday klubu”na dəvət olunub. “Valday klubu” Davos forumuna bənzər bir təsisatdır və orada müzakirə olunan predmetlər son dərəcə əhəmiyyətlidir. Azərbaycanın da beynəlxalq səviyyədəki mövqeləri, Prezident İlham Əliyevin qlobal məsələlərə yanaşması, Azərbaycanın beynəlxalq qlobal inteqrasiya proqramına verdiyi dəstək beynəlxalq səviyyədə düzgün və müsbət qiymətləndirilir”.

T.Abbasov Əliyev-Putin görüşünün Qarabağ məsələsinə təsirlərini belə qiymətləndirib: “Bu mövzuda Azərbaycanın mövqeyi tam aydındır. Azərbaycan tərəfi dəfələrlə bildirib ki, Qarabağ mövzusundan kənar heç bir məsələni Ermənistan tərəfi ilə müzakirə etməyəcək. Bu məsələdə əsas tələb isə ondan ibarətdir ki, məsələnin həlli yetişməlidir. Siyasi aləmdə, xüsusən də hərbi-siyasi münaqişə zəmnində siyasi dəstəyin, diplomatik potensialın artması mühüm rol oynayır. Əgər Azərbaycan qərar verib müharibəyə başlasa, bu, özü də başqa bir problem yarada bilər. Çünki Ermənistan tərəfinin hansı gücə malik olması sual altındadır. Yəni bu məsələdə tələsmək daha böyük problemlərə yol aça bilər. Bu baxımdan Azərbaycan rəhbərliyi təmkinli olmalı, həmçinin siyasi diplomatik gücünün artmasını təmin etməlidir”.

Politoloq Nəzakət Məmmədova isə AYNA-ya şərhində deyib ki, son zamanlar Rusiyanın Cənubi Qafqaza diqqəti artıb: “Bu da ondan irəli gəlir ki, artıq dünyadakı digər güc mərkəzlərinin də regionumuza marağı artıb. Əsasən də bir sıra enerji layihələri ilə regionda öz iqtisadi maraqlarını həyata həyata keçirməyə çalışırlar. Eyni zamanda digər dövlətlərin də geosiyasi maraqları, geostrateji planları daha aydın şəkildə təzahür olunur. Rusiya təbii ki, özünü daim nüfuz sahibi hesab etdiyi regionda təsirini qoruyub saxlamağa çalışır. Bu səbədən sözügedən regionu rəqib qüvvələrə vermək istəmir. Özünü bu regionun problemləri ilə maraqlanan söz sahibi kimi göstərməyə çalışır”.

Siyasi şərhçi Putinin Ermənistan səfərinə belə münasibət bildirib: “Ermənistanda keçirilən toplantıda Rusiya rəhbəri vacib qərarlar qəbul elədi. Bu qərarlardan ən öməlisi, daha doğrusu bizim üçün ən maraqlısı o idi ki, Ermənistanın, Paşinyanın hakimiyyətə gəlməsindən sonra ABŞ, Avropa İttifaqı, İran və Rusiya arasında var-gəl edən balanslaşma siyasəti yaratmağa çalışdığı, lakin buna nail olmayaraq Avrasiya meqalayihəsinin sadəcə bir hissəsi olduğu təsdiq edildi. Bu səbədən ittifaqın 5 illik yubiley toplantısının Ermənistanda keçirilməsi Rusiyanın böyük güclərə, əsasən də ABŞ-a mesajı idi ki, “Ermənistan heç bir halda ABŞ-ın istəklərinə tabe olmayacaq”. Bu da onu göstərdi ki, Ermənistan hələ uzun illər Rusiyanın nüfuz dairəsində qalacaq”.

“Putin Azərbaycan Prezidentini Rusiyaya dəvət etməklə isə, Ermənistanla Azərbaycan arasında balans yaratmaq istəyini göstərməyə çalışdı. Bununla da Rusiya bildirmək istədi ki, onlar üçün təkcə Ermənistan yox, Azərbaycan da vacib ölkədir. Bununla Azərbaycanı da nəzərdən qaçırmadığını, daim diqqətdə saxladığını bildirməyə çalışdı. Lakin müzakirənin protokolu bizə sirr qaldığı üçün, dəqiqliklə heç nə deyə bilmərik”, -deyə politoloq vurğulayıb.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri