31 Oktyabr 2020 09:18

Ruslar Qarabağ probleminin həllini NİYƏ İSTƏMİR? – Gizli qalan SƏBƏBLƏR

Kremldəkilər Dağlıq Qarabağı Ermənistanın bir hissəsi kimi görmürlər və görmək də istəmirlər.

Millət vəkili Sahib Alıyev Redaktor.az-a açıqlamasında Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Ermənistan baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır” bəyanatına cavabına münasibət bildirib.

Millət vəkili hesab edir ki, Lavrov əsla Qarabağ probleminin həllinin tezləşdirilməsinin tərəfdarı kimi çıxış etmirdi:

“Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Nikol Paşinyanın “Qarbağ Ermənistandır”, –  deməsini Albaniyanın baş nazirinin “Kosovo Albaniyadır”, – sözləriylə eyniləşdirməsinin arxasında dayanan reallıq heç də yenilik deyil.

Ola bilər ki, hayların özlərinə də bəlli olan bu reallığı açıq şəkildə dilə gətirməklə Rusiyanın xarici işlər naziri növbəti dəfə Ermənistanın baş nazirinə həddini göstərirdi. Lavrov problemin tezliklə çözülməsini və Azərbaycan torpaqlarının işğaldan azad olunmasını istəsəydi, onda “Rusiya Qarabağda yenidən döyüşlərin baş verməməsi üçün əlindən nə gəlir edəcək”, – söyləməzdi. Rusiya XİN rəhbəri gərək deyərdi ki, Rusiya regionda savaş təhlükəsinin aradan qalxması üçün Ermənistandan qoşunlarını Azərbaycan torpaqlarından çıxarmasını tələb edir. Bəzilərinin Lavrovun açıqlamalarından eyforiyaya qapıldıqlarını gördüyüm üçün bunları deyirəm”.

Millət vəkili vurğulayıb ki, Nikol Paşinyana görə Rusiyanın Dağlıq Qarabağ probleminə yanaşmada mövqeyinin dəyişəcəyini düşünmək yanlışdır:

“Bu problemin ədalətli çözümü ancaq və ancaq Azərbaycanın dayanmadan güclənməsindən, ölkədəki sabitliyin daha da möhkəmlənməsindən, əmin-amanlığı artmasından, böyük dövlətlər, o sıradan da Rusiyayla qarşılıqlı maraq üzərində qurulan əməkdaşlığın dərinləşməsindən, Ermənistanın isə bütün cəbhələrdə davamlı təzyiq altında saxlanmasından keçir. Prezident İlham Əliyevin yeritdiyi və yürütdüyü siyasət də elə budur”.

Xatırladaq ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov Soçidə keçirilən Valday müzakirə klubunun iclasında Dağlıq Qarabağ münaqişəsindən danışarkən Ermənistan baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır” bəyanatına münasibət bildirib:

“Necə ki, Albaniyanın Baş Naziri Kosovonun Albaniyanın olduğunu bəyan edib. Əlbəttə ki, bu bəyanatlar münaqişələrin həllinə kömək etmir”.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri