Be. Okt 21st, 2019

Şəhid ekskvatorçunun qisası çox çəkmədi – Erməni snayperi öldürüldü

Ötən gün Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində erməni snayperlərinin atəşi nəticəsində şəhid olmuş Səfərəli Abışovun qisası çox gözləməyib.

Turkustan.info bildirir ki, “AzeriDefence”nin hərbi mənbələrdən əldə etdiyi məlumata görə, bu gün axşam saatlarında həmin ərazidə olan Ermənistan Ordusunun snayperi məhv edilib.

Axşam saatlarında Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Arcrun Hovannisyan Muşeq Jirayroviç Abovyan adlı hərbi qulluqçunun cəbhə xəttində öldürüldüyünü təsdiqləyib.

Müqavilə əsasında Ermənistan Ordusunda xidmət edən Muşeq Abovyanın 28 yaşı olub.

Bununla son iki gündə cəbhənin Qazax rayonu istiqamətində 2 erməni hərbçisi (biri zabit) öldürülüb, 2 nəfər isə yaralanıb.

Qeyd edək ki, oktyabrın 2-si və 3-ü Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının Ermənistanla dövlət sərhədində yerləşən sərhəd döyüş məntəqələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb. Son günlərdə xidməti ərazidəki əməliyyat şəraiti, Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən mütəmadi olaraq atəşkəs rejiminin pozulması, təxribat-diversiya cəhdləri və bununla əlaqədar görülən tədbirlər barədə vəzifəli şəxslərin məruzələri dinlənilib, dövlət sərhədinin müdafiəsi və mühafizəsi üzrə xidməti fəaliyyətin təkmilləşdirilməsi, düşmənin təxribatlarının qarşısının qətiyyətlə alınması, şəxsi heyətin təhlükəsizliyinin daha da gücləndirilməsi barədə tapşırıqlar verilib.

Paylaş: