Be. Okt 21st, 2019

Zaxarovadan Qarabağla bağlı – Açıqlama

ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfər etməyi planlaşdırırlar.

Turkustan.info xəbər verir ki, bunu Moskvada keçirilən brifinqdə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.

O qeyd edib ki, Azərbaycanla Ermənistan arasında birbaşa danışıqlar bu ölkələrin nümayəndələri tərəfindən anons ediləcək:

“Deyə bilərəm ki, Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri ilə razılaşdırıldığı kimi, ATƏT-in Minsk qrupunun həmsədrləri danışıqlar aparmaq, Dağlıq Qarabağ nizamlanması məsələsini müzakirə etmək üçün bölgəyə səfər etməyi planlaşdırırlar. Səfərin vaxtı dəqiqləşdirilir və biz bu barədə əlavə məlumat verəcəyik”, -deyə M.Zaxarova qeyd edib.  /Azərtac/

Paylaş: