28 Noyabr 2020 17:42

Cəsarət Valehov nazirlikdəki fəaliyyətini dayandırdı

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov vəzifəsinin icrasını müvəqqəti dayandırıb.

Cəsarət Valehov təhsil alması ilə bağlı Amerika Birləşmiş Ştatlarına köçüb. Buna görə də o, mətbuat katibi kimi fəaliyyətini bir müddətlik dayandırıb.

Onun vəzifəsinin müvəqqəti icrası isə İctimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Büllurə Hacızadəyə tapşırılıb. (unikal.org)

Paylaş: