Be. Okt 21st, 2019

“İnterpol” terrorçuluqda təqsirləndirilən azərbaycanlını axtarır

“İnterpol” daha bir azərbaycanlı barədə axtarış elan edib.

Turkustan.info-nun məlumatına görə, terror qruplaşması ilə əməkdaşlıqda təqsirli bilinən, 1981-ci il təvəllüdlü Elşad Mahmudov barəsində Rusiya hüquq-mühafizə orqanları cinayət işi başlasa da, təqsirləndirilən şəxs istintaqdan yayınıb.

Məhkəmə E.Mahmudovun barəsində həbs qətimkan tədbiri seçdikdən sonra o, “İnterpol” vasitəsilə beynəlxalq axtarışa verilib.  /Trend/

Paylaş: