Be. Okt 21st, 2019

Prezident Teymur Rəcəbovu təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyev qrossmeyster Teymur Rəcəbovu Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Dünya Kuboku uğrunda yarışlarda qələbə qazanmağın münasibətilə təbrik edib.
Turkustan.info xəbər verir ki, təbrikdə deyilir:
Əziz Teymur,
Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Dünya Kuboku uğrunda yarışlarda qələbə qazanmağın münasibətilə səni ürəkdən təbrik edirəm.
Sən yüksək ustalıq, əzmkarlıq və iradə nümayiş etdirərək qazandığın bu qələbə ilə Dünya Kubokunun sahibi olan ilk şahmatçımız kimi Azərbaycan idmanının tarixində şanlı səhifə açdın.
Sənə ən xoş arzularımı yetirir, yeni-yeni qələbələr diləyirəm.

Paylaş: